Bank Of Baku

Türkmənistan Xəzərdə ilk dəfə hərbi təlim keçirəcək

Türkmənistan Xəzərdə ilk dəfə hərbi təlim keçirəcək
# 01 sentyabr 2012 07:30 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, Türkmənistanın Xəzərdə ilk hərbi təlimi olacaq. Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə keçirilən iclasda hərbi təlimlə bağlı müzakirələr aparılıb. Toplantıda müdafiə naziri Begenç Gündoğduyev sentyabr ayı ərzində keçiriləcək “Xəzər-2012” hərbi təlimə hazırlıq barədə məlumat verib.

Prezident Berdiməhəmmədov dəniz sərhədlərində təhlükəsizliyin saxlanılmasına önəm verdiyini bildirib. O, hərbi təlimin yüksək səviyyədə keçirilməsini tapşırıb, bunun zəruri olduğunu vurğulayıb.

Prezident Türkmənistan Silahlı Qüvvələrinin müasir və güclü müdafiə potensialına malik olduğunu da deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR