Bank Of Baku

Sergey Lavrov: “Rusiya ilə ABŞ Suriyanın demokratik sistemə keçməsini istəyir”

Sergey Lavrov: “Rusiya ilə ABŞ Suriyanın demokratik sistemə keçməsini istəyir”
# 03 sentyabr 2012 13:17 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Rusiya ilə ABŞ Suriyanın demokratik bir sistemə keçməsini istəyir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiyanın Vladivostok şəhərində sentyabrın 2-9-da keçiriləcək ATES (Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu) təşkilatının sammiti öncəsi jurnalistlərə açıqlama verən nazir Suriyada baş verəcək dəyişikliyin ölkənin ərazi və torpaq bütövlüyünə, müstəqilliyinə sadiq qalaraq Suriya xalqı tərəfindən gerçəkləşdiriləcəyini söyləyib.

S. Lavrov rəsmi Moskva ilə Vaşinqton arasında Bəşər Əsədin hakimiyyətdən getməsi və bundan sonrakı proseslərin davamı ilə bağlı fikir ayrılıqları olduğunu bildirib: “Bütün bu problemlər suriyalılar tərəfindən müzakirə masası ətrafında həll edilməlidir. Xaricdən diqtə edilərək Suriyanın gələcəyinə istiqamətlənən hər hansı bir göstərişlər prosesin ləngiməsinə səbəb olacaq.

Qeyd edək ki, ATES sammitində Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ dövlət katibi Hillari Klintonla görüşəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR