Bank Of Baku

Astanada MDB ölkələri Fövqəladə Hallar üzrə Dövlətlərarası Şuranın iclası keçiriləcək

Astanada MDB ölkələri Fövqəladə Hallar üzrə Dövlətlərarası Şuranın iclası keçiriləcək
# 04 sentyabr 2012 03:34 (UTC +04:00)
Bakı-APA. Bu gün Astanada MDB ölkələri təbii və texnogen xarakterli Fövqəladə Hallar üzrə Dövlətlərarası Şuranın XXV iclası keçiriləcək.
APA-nın İnterfax agentliyinə istinadən verdiyi xəbərə görə, Qazaxıstan FHN-in mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 4-dən 6-na kimi davam edəcək tədbirdə Şuraya üzv ölkələrdəki fövqəladə hallar qurumlarının nümayəndələri iştirak edəcəklər.
Təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şura 1993-cü ilin yanvarın 22-də yaradılıb. Şuraya Azərbaycan, Ukrayna, Moldova, Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistanın, Türkmənistan milli fövqəladə hallar strukturları daxildirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR