Bank Of Baku

Bir neçə il əvvəl yüzlərlə erməni ailəsini Abxaziyadan qovan Raul Xacimba ermənilərə müharibə elan edib

Bir neçə il əvvəl yüzlərlə erməni ailəsini Abxaziyadan qovan Raul Xacimba ermənilərə müharibə elan edib
# 19 dekabr 2006 13:18 (UTC +04:00)
Xatırladaq ki, ötən il Suxumidə Ermənistan nümayəndəliyinin yerləşdiyi bina partladılıb, daha sonra analoji partlayış erməni məktəbində qeydə alınıb. Partlayışlardan sonra Suxumi küçələrində divarlara ermənilərin əleyhinə şüarlar yazılmış vərəqələr yapışdırılıb. Vərəqələrdə abxaz xalqı Abxaziya ərazisində ermənilərin meydan sulamasına qarşı çıxmağa çağırılıb. O zaman ermənilər Sergey Baqapşdan baş verən partlayışlara görə izahat tələb edib və bu tələblər qondarma qurumun prezidentinin erməni xalqından üzr istəməsi ilə nəticələnib. Gürcüstan mətbuatında dərc olunmuş “Raul Xacimba Abxaziyanı ermənilərdən təmizləməyə çağırıb” adlı məqalədə Sergey Baqapşla onun əsas siyasi rəqibi Raul Xacimba arasında əsas fikir ayrılığının məhz Ermənistan nümayəndəliyinin partladılmasından sonra başladığı bildirilir. Məqalə müəllifinin sözlərinə görə, Sergey Baqapşı ermənipərəstlikdə ittiham edən Raul Xacimba ermənilərin Abxaziyada hakim mövqeyə malik olmasına görə “prezidenti” suçlayıb. “Baqapş isə Xacimbanı ermənipərəstlikdə suçlandıra bilməyib. Çünki, Xacimba hələ Ardzinba dövründə müharibədən sonra Qaqra ərazisində məskunlaşmış yüzlərlə erməni ailəsini buradan qovub. Xacimbanın erməni elektoratın dəstəyini itirməsi də bununla bağlıdır. Ermənilər Xacimbadan narazı qaldıqlarına görə, prezident seçkilərində Sergey Baqapşı dəstəkləyiblər”. Gürcüstan mətbuatı Sergey Baqapş “prezident” seçildikdən sonra Abxaziyada erməni icmasının mövqelərinin möhkəmləndiyini qeyd edir. “Bu gün Abxaziyada bütün mühüm vəzifələrdə abxazlar əyləşsə də, faktiki olaraq hər şey ermənilərin nəzarəti altındadır. Abxaziyada həyata keçirilən özəlləşdirmə prosesindən ən qazanclı çıxan ermənilər olub, onlar Sergey Baqapşın himayəsi ilə Abxaziyada bütün mal-mülkə sahibləniblər. Artıq Abxaziya erməniləşir. Bütün strateji obyektlər ermənilərin əlindədir. Ermənilər külli-miqdarda pula sahibdir, pul isə güclü qüvvədir”. Məqalə müəllifi ermənilərin Abxaziyanı nəzarətə götürməsinin Raul Xacimbanın ciddi narazılığına səbəb olduğunu yazır. “Xacimbanın gürcüləri görməyə gözü yoxdur, o, abxaz xalqını bütün qəlbi ilə sevir. Baqapş bu məsələdə Xacimba ilə müqayisə oluna bilməz, Baqapş üçün bir nömrəli məsələ şəxsi qazancdır. Ermənilər külli-miqdarda pul ödəməklə Abxaziyanın Qara dəniz sahillərini tam nəzarətə götürmək niyyətindədirlər. Onlar Qara dəniz sahillərinə çıxış əldə etməyi həmişə arzulayıblar, indi isə bu arzunun reallığa çevrilməsinin bir addımlığındadırlar.” Məqalədə ermənilərlə abxazlar arasında silahlı qarşıdurma baş verəcəyi istisna edilmir. “Əgər erməni-abxaz müharibəsi başlasa, abxazlar Rusiyanın dəstəyinə ümid bağlaya bilməzlər. Abxazları bu məsələdə yalnız Şimali Qafqaz xalqları müdafiə edə bilər. Lakin ermənilərin də əlini əlinin üstünə qoyub gözləyəcəyini söyləmək olmaz”. Məqalədə qeyd olunur ki, Raul Xacimbanın Abxaziya hökumətinin istefaya göndərilməsini tələb etməsi hökumətdə ermənipərəst şəxslərin üstünlük təşkil etməsidir. O, baş nazir Ankvabı erməniləri himayə etməkdə suçlandırıb. “Araşdırmalara görə, artıq Abxaziyanın Qara dəniz sahillərinə ermənilərin köçürülməsi prosesi başlayıb. Hazırda Abxaziyada yaşayan abxazların sayı azalaraq 25 min nəfərə çatıb, burada yaşayan ermənilərin sayı isə 100 min nəfərdən artıqdır. Ermənilər say çoxluğundan istifadə edərək Abxaziyada bütün seçkili orqanlara öz adamlarını keçirməyə çalışırlar. Sergey Baqapş bu işdə ermənilərə yardım göstərsə də, Raul Xacimba buna yol vermək niyyətində deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR