Bank Of Baku

Mixail Saakaşvili Ankarada Gürcüstan səfirliyinin yeni binasının açılışında iştirak edəcək

Mixail Saakaşvili Ankarada Gürcüstan səfirliyinin yeni binasının açılışında iştirak edəcək
# 20 dekabr 2006 10:41 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvilinin Türkiyəyə işgüzar səfəri başlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu gün dövlət başçısı Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınçla görüşəcək və Ankarada Gürcüstan səfirliyinin yeni binasının açılışına qatılacaq. Sabah M. Saakaşvili baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək. O, daha sonra gürcü əsilli Türkiyə vətəndaşları ilə görüşəcək. Qeyd edək ki, M. Saakaşvili Türkiyəyə həyat yoldaşı Sandra Rulofsla birlikdə gedib. Onu müşayiət edən nümayəndə heyətində energetika naziri Nika Gilauri də var. Səfər sabah başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR