Bank Of Baku

Gürcüstan Cənubi Qafqaz Parlament Təşəbbüsünün yekun kommunikenin qəbul olunmamağına görə Ermənistanı günahlandırıb

Gürcüstan Cənubi Qafqaz Parlament Təşəbbüsünün yekun kommunikenin qəbul olunmamağına görə Ermənistanı günahlandırıb
# 21 dekabr 2006 08:55 (UTC +04:00)
Cənubi Qafqaz Parlament Təşəbbüsünün son iclasında yekun kommunike qəbul edilməyib. Gürcüstan tərəfi buna görə Ermənistanı günahlandırır. Gürcüstan parlamentinin spikeri Nino Burcanadze APA-nın Gürcüstan bürosuna verdiyi məlumatda yekun sənədin ermənilərin günahı ucbatından baş tutmadığını deyib. Cənubi Qafqaz Parlament Təşəbbüsünün iclasları ildə iki dəfə keçirilir. Gürcüstan tərəfi son toplantının yekun sənədinə Rusiyada gürcülər və digər Qafqaz xalqlarının nümayəndələrinə qarşı ksenofobiya meyllərinin baş qaldırması barədə müddəa təklif etsə də, Ermənistan buna razılaşmayıb. Erməni millət vəkilləri təklif olunan müddəada “Rusiya” sözünü “bir sıra ölkələrdə” sözü ilə əvəzləməyi təklif ediblər. Lakin Gürcüstan ermənilərin təklifini qəbul etməyib və nəticədə yekun sənəd imzalanmayıb. Nino Burcanadze Ermənistanın bu mövqeyini regionun vahid prinsiplərinin formalaşması baxımından xoşagəlməz fakt kimi dəyərləndirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR