Bank Of Baku

Gürcüstanda prezident və parlament seçkiləri 2008-ci ilin oktyabrında keçiriləcək

Gürcüstanda prezident və parlament seçkiləri 2008-ci ilin oktyabrında keçiriləcək
# 27 dekabr 2006 15:24 (UTC +04:00)
Gürcüstan parlamenti ölkə Konstitusiyasına əlavə və dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. APA-nın xəbərinə görə, ən vacib dəyişiklik prezident və parlament seçkilərinin eyni vaxtda keçirilməsi ilə bağlıdır. Seçkilər 2008-ci ilin oktyabr ayında keçiriləcək. Dəqiq tarix daha sonra ölkə prezidenti tərəfindən müəyyən ediləcək. Seçkilərin eyni vaxtda keçirilməsi təşəbbüsü prezident Mixail Saakaşviliyə məxsusdur. Səlahiyyət müddəti 2009-cu ilin yanvarında bitsə də, M. Saakaşvili büdcə vəsaitlərinə qənaət edilməsi məqsədilə prezident seçkilərinin parlament seçkiləri ilə birlikdə, 2008-ci ilin payızında keçirilməsini təklif edib. Qanunverici orqan əslində 2008-ci ilin martına qədər fəaliyyət göstərməli olsa da, Konstitusiya dəyişikliyi ilə onun səlahiyyət müddəti uzadılıb. Əlavə və dəyişikliklərin lehinə 167, əleyhinə 10 deputat səs verib. Müxalifət dəyişikliyin əleyhinə çıxıb. Onların fikrincə, prezident Mixail Saakaşvilinin seçki kampaniyasında iştirakı hakim partiyanın parlament seçkilərində şansını artıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR