Bank Of Baku

Viktor Yuşşenko Gürcüstana gedib

Viktor Yuşşenko Gürcüstana gedib
# 01 mart 2007 14:10 (UTC +04:00)
Ukrayna prezidenti Viktor Yuşşenko bu gün Gürcüstana rəsmi səfərə gedib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, qonaq Tiflisdə həmkarı və yaxın dostu Mixail Saakaşvili, həmçinin Gürcüstanın digər dövlət nümayəndələri ilə görüşəcək. Səfər zamanı Kerç-Poti/Batumi bərə xəttinin təşkili və birgə istismarı, sahibkarlıq sahəsində əməkdaşlıq, şərablar, spirtli içkilər və mineral sular üçün coğrafi adların istifadə olunması və hüquqi müdafiəsi haqqında razılaşmaların imzalanması planlaşdırılır. V. Yuşşenko Tiflisdə Taras Şevçenkonun abidəsinin açılışında iştirak edəcək, Gürcüstandakı ukraynalılarla görüşəcək və təhsilin Ukrayna dilində olduğu Mixail Qruşevski adına orta məktəbə baş çəkəcək. Səfər martın 2-də başa çatacaq. /APA
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR