Bank Of Baku

Yuşşenko və Saakaşvili GUAM-ın sülhməramlı qüvvələrinin yaradılması məsələsini müzakirə ediblər

Yuşşenko və Saakaşvili GUAM-ın sülhməramlı qüvvələrinin yaradılması məsələsini müzakirə ediblər
# 01 mart 2007 15:30 (UTC +04:00)
Tiflisdə səfərdə olan Ukrayna prezidenti Viktor Yuşşenko ilə Gürcüstan prezidenti Mixail Saakaşvili GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) sülhməramlı qüvvələrinin yaradılması məsələsini müzakirə ediblər. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə xarici işlər naziri Gela Bejuaşvili bildirib. O xatırladıb ki, Ukrayna Gürcüstana sülhməramlı qüvvələr göndərməyə hazır olduğunu çoxdan bəyan edib, bunun üçün bir sıra texniki məsələ həll olunmalıdır, bu isə səfər çərçivəsinə sığmır. Yuşşenko ilə Saakaşvili enerji daşıyıcılarının regiona daşınmasının diversifikasiyası, Ukrayna ilə Gürcüstanın Avropa və Avroatlantik qurumlara inteqrasiyası məsələlərini də müzakirə ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR