Bank Of Baku

Viktor Yuşşenko: “Ukrayna Gürcüstan ərazisindəki münaqişə zonalarında sülhməramlı əməliyyatlarda iştirak etməyə hazırdır”

Viktor Yuşşenko: “Ukrayna Gürcüstan ərazisindəki münaqişə zonalarında sülhməramlı əməliyyatlarda iştirak etməyə hazırdır”
# 01 mart 2007 16:27 (UTC +04:00)
“Ukrayna Gürcüstan ərazisindəki münaqişə zonalarında sülhməramlı əməliyyatlarda iştirak etməyə hazırdır”. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu bəyanatla Ukrayna prezidenti Viktor Yuşşenko Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında çıxış edib. Bununla yanaşı, V. Yuşşenko bildirib ki, bu, yalnız müvafiq beynəlxalq mandat çərçivəsində mümkündür. O, Ukraynaya belə bir mandatın verilməsi ilə bağlı beynəlxalq təşkilatlarla danışıqlar aparılıb-aparılmadığını açıqlamayıb: “Gürcüstan rəhbərliyinin bizim dəstəklədiyimiz planında ikitərəfli dialoqun bərpası, köçkünlərin probleminin həlli və digər vacib məsələlər nəzərdə tutulur. Beynəlxalq ictimaiyyət bu məsələnin həllində önəmli rol oynaya bilər”. Münaqişə zonalarında silahlı qüvvələrin olmasına gəldikdə, V. Yuşşenko bunun münaqişələrin həlli üçün həmişə problem yaratdığını söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR