Bank Of Baku

Abxaz separatçıları münaqişə zonasında etiraz aksiyası keçirən gürcülərə atəş açıblar

Abxaz separatçıları münaqişə zonasında etiraz aksiyası keçirən gürcülərə atəş açıblar
# 02 mart 2007 08:41 (UTC +04:00)
Gürcü-abxaz münaqişəsi zonasında insident baş verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, abxaz separatçıları İnquri çayının sahilində Rusiya sülhməramlılarının ərazidən çıxarılması tələbi ilə aksiya keçirən gürcü tələbələrinə və qeyri-hökumət təşkilatlarının fəallarına atəş açıblar. İlkin məlumata görə, atəş nəticəsində bir neçə nəfər yaralanıb. Abxaz tərəfi hadisəni “Gürcüstan xüsusi xidmət orqanlarının kobud provokasiyası” adlandırıb. Qeyd edək ki, vəziyyətin gərginləşməsinin əsas səbəbi abxaz separatçılarının parlament seçkiləri keçirməyə hazırlaşması ilə bağlıdır. Münaqişə zonasında etiraz aksiyası keçirən gürcülər seçkidə Abxaziyadan qaçqın düşən gürcülərin də iştirakına şərait yaradılmasını tələb ediblər. Gürcüstan parlamentinin sədri Nino Burcanadze bildirib ki, Abxaziya Muxtar Respublikasından qovulmuş bütün sakinlər geri qayıtmasa, orada keçiriləcək heç bir seçki legitim sayılmayacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR