Bank Of Baku

Gürcüstan Müdafiə Nazirliyinə məxsus vertolyot qəzaya uğrayıb

Gürcüstan Müdafiə Nazirliyinə məxsus vertolyot qəzaya uğrayıb
# 12 mart 2007 09:18 (UTC +04:00)
Gürcüstan Hərbi-Hava Qüvvələrinin vertolyotu ölkənin şərqində qəzaya uğrayıb. Müdafiə nazirinin müavini Levan Nikoleişvilinin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, qəza nəticəsində vertolyotun şəxsi heyəti qəza zamanı həlak olub. Qəzaya çətin hava şəraitinin səbəb olduğu bildirilir. Qeyd edək ki, Kodor dərəsində Abxaziya legitim hakimiyyətinin yerləşdiyi binanın atəşə tutulmasından sonra ölkənin Hərbi-Hava Qüvvələrində bir nömrəli həyəcan siqnalı elan olunub. Qəzaya uğrayan vertolyot həyəcan siqnalından sonra havaya qalxaraq Senaki hərbi bazasına doğru istiqamət alıb, lakin çətin hava şəraiti ucbatından missiyasını sonadək yerinə yetirə bilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR