Bank Of Baku

Gürcüstan və Ukrayna arasında ticarət dövriyyəsi 400 milyon dollara çatıb

Gürcüstan və Ukrayna arasında ticarət dövriyyəsi 400 milyon dollara çatıb
# 13 mart 2007 14:29 (UTC +04:00)
Gürcüstan və Ukrayna arasında ticarət dövriyyəsi 400 milyon dollara çatıb. APA-nın Şərqi Avropa bürosunun verdiyi məlumata görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 2001-ci illə nisbətdə 353 milyon dollar artaraq ötən il 400 milyon dollara çatıb. Bu rəqəmin 70%-ə yaxın hissəsini Ukrayna Gürcüstana ixrac olunan mallar, yalnız 30%-ni Gürcüstandan Ukraynaya idxal olunan məhsul təşkil edir. Hazırda Gürcüstan və Ukrayna arasında iqtisadi əməkdaşlıq komissiyası fəaliyyət göstərir. Gürcüstanın baş naziri Zurab Noqaidelinin dəvəti ilə yaxın vaxtlarda Ukraynanın baş naziri Viktor Yanukoviçin Tiflisə isgüzar səfəri həyata keçiriləcək. Səfər çərçivəsində komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR