Bank Of Baku

Avropa Şurası Abxaziyada keçirilmiş parlament seçkilərini tanımır

Avropa Şurası Abxaziyada keçirilmiş parlament seçkilərini tanımır
# 15 mart 2007 12:40 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsinin sədri, San-Marinonun xarici işlər naziri Fiorentso Stolfi bəyan edib ki, Avropa Şurası Abxaziyada (Gürcüstan) martın 4-də keçirilmiş “parlament seçkiləri”nin və fevralın 11-də keçirilmiş yerli seçkilərin qanuniliyini tanımır. APA-nın Avropa bürosunun məlumatına görə, F. Stolfi onu da bildirib ki, Avropa Şurası Gürcüstanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəkləyir. Bu regionda seçkilər yalnız bütün qaçqınların və köçkünlərin təhlükəsiz və layiqli qayıdış hüququnu təmin edən siyasi qərar tapıldıqdan sonra keçirilə bilər. Avropa Şurası bütün tərəfləri münaqişənin nizamlanması üçün dinc və uzunmüddətli qərar tapmaq üçün təxirə salınmadan danışıqlara qayıtmağa dəvət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR