Bank Of Baku

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Gürcüstandadır

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Gürcüstandadır
# 16 mart 2007 10:37 (UTC +04:00)
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Gürcüstanda səfərdədir. Xüsusi nümayəndəliyin Brüsseldəki ofisindən APA-ya verilən məlumata görə, P. Semnebi AB-nin Cənubi Osetiya və Abxaziya münaqişələri ilə bağlı regiona göndərdiyi missiyanın nəticələrini öyrənmək və rəsmi şəxslərlə görüşmək məqsədilə Gürcüstana gedib. Gələn həftə isə o, Ermənistana səfər edəcək və bu ölkənin baş naziri və xarici işlər naziri ilə görüşəcək. Müzakirə ediləcək mövzulardan biri P. Semnebinin Dağlıq Qarabağa səfəri olacaq. Səfərin tarixi hələlik dəqiqləşdirilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR