Bank Of Baku

Gürcüstanın Sərhəd Polisinin rəhbəri: “David Qareci kompleksi ilə bağlı Azərbaycan və Gürcüstan arasında danışıqlar yaxın vaxtlarda başa çatacaq”

Gürcüstanın Sərhəd Polisinin rəhbəri: “David Qareci kompleksi ilə bağlı Azərbaycan və Gürcüstan arasında danışıqlar yaxın vaxtlarda başa çatacaq”
# 21 mart 2007 13:41 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, B. Bitsadze sərhəd mübahisəsinin bir neçə həlli variantı olduğunu desə də, variantları açıqlamayıb. Bununla yanaşı, o, Gürcüstanın Azərbaycana heç nəyi güzəştə getməyəcəyini vurğulayıb. Sərhəd Polisinin rəhbəri hazırda vəziyyətin normal olduğunu, son günlər heç bir narahatedici hadisənin baş vermədiyini söyləyib.
Qeyd edək ki, indiyədək Azərbaycan-Gürcüstan sərhədinin 70%-ə qədəri razılaşdırılıb. Sərhədin demilitasiyası və demarkasiyası üzrə komissiyaların sonuncu iclası isə bu ayın əvvəlində Bakıda keçirilib. Həmin görüşdə daha bir yarımsahə üzrə razılıq əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR