Bank Of Baku

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsi Bakı-Tiflis - Axalkələk-Qars dəmiryolu bağlantısı layihəsinə dair sazişin ratifikasiyasını dəstəkləyib

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsi Bakı-Tiflis - Axalkələk-Qars dəmiryolu bağlantısı layihəsinə dair sazişin ratifikasiyasını dəstəkləyib
# 21 mart 2007 13:43 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan və Gürcüstan prezidentlərinin imzaladığı saziş Gürcüstan ərazisində dəmir yolunun tikintisi və bərpasına kredit ayrılmasını nəzərdə tutur. Gürcüstanın iqtisadi inkişaf naziri Georgi Arveladze layihəni geosiyasi inqilab adlandırıb. Onun sözlərinə görə, şimaldan iqtisadi blokadanın tətbiq olunduğu bir vaxtda layihənin xüsusu əhəmiyyəti var. G. Arveladze bu ilin sonunda dəmir yolunun Tiflis-Axalkələk hissəsində bərba işlərinə start veriləcəyini deyib.
Qeyd edək ki, sazişə əsasən Azərbaycan Gürcüstana 200 milyon dollar həcmində kredit ayıracaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR