Gürcüstan-Türkiyə sərhədini qanunsuz keçmək istəyən üç erməni həbs olunub
02 aprel 2007 13:26 (UTC +04:00)
Gürcüstan sərhəd polisi Türkiyə sərhədinin qanunsuz keçməyə cəhd göstərən üç Ermənistan vətəndaşını saxlayıb. Sərhəd Polisinin mətbuat xidmətindən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, ermənilərin saxlanması üçün əməliyyat “Sarpi” sərhəd-miqrasiya məntəqəsində keçirilib. Sərhəd pozucuları Gürcüstandan Türkiyəyə qanunsuz keçmək istəyərkən saxlanıblar. İlkin məlumata görə, ermənilər Gürcüstan ərazisinə də Aşağı Zaramaq keçid məntəqəsindən gizli yolla daxil olublar. Saxlanan Ermənistan vətəndaşlarına qarşı cinayət işi başlanıb. /APA/
MDB
Ukrayna Rusiyada neft emalı zavodunu PUA-larla vurub, yanğın baş verib
07:43
1 may 2024
Mirzoyan: Ermənistan KTMT kimi işləməyən mexanizmin tərkib hissəsi olmaq istəmir
17:52
30 aprel 2024
Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir
16:34
30 aprel 2024
Ermənistanda Solovyovun verilişini mədəni və bədii proqram əvəzləyəcək
15:59
30 aprel 2024