Gürcüstan müxalifəti mədəniyyət nazirindən David Qareci monastırı ilə bağlı fikirlərinə aydınlıq gətirməyi tələb edib
02 aprel 2007 13:37 (UTC +04:00)
Gürcüstan parlamentinin “Demokratik Cəbhə” fraksiyası David Qareci monastırı ətrafında problemlə bağlı mədəniyyət, abidələrin mühafizəsi və idman naziri Georgi Qabaşvilini parlamentdəki dinləmələrə çağırıb. Fraksiyanın üzvü Zviad Ciciquri APA-nın Gürcüstan bürosuna bildirib ki, nazirin dinləmələrə çağırılmasında məqsəd monastırın taleyinə aydınlıq gətirməkdir. “Bizdə olan məlumata görə, David Qareci monastırına azad turizm zonası statusu verilməsi barədə danışıqlar Gürcüstan patriarxlığının razılığı olmadan aparılıb. Bizi narazı salan məqam odur ki, Mədəniyyət Nazirliyi David Qareci monastır kompleksinin birgə menecmenti haqqında danışır. Bu, Azərbaycanın həmin əraziyə müəyyən hüquqlarının tanınması deməkdir”. /APA/
MDB
Paşinyan: II Qaregin bu gün siyasi hərəkata rəhbərlik edir, benefisiarı isə Koçaryandır
15:30
7 may 2024
Paşinyan dəvət almadığı üçün Putinin andiçmə mərasimində iştirak etməyib
15:11
7 may 2024
Putin Rusiya hökumətinin istefasını qəbul edib - YENİLƏNİB
14:38
7 may 2024
Paşinyan etirazlara görə istefa verməyə hazırlaşmır
14:29
7 may 2024