Nino Burcanadze: “İnqilab zamanı Ukraynada mövcud olan birliyin pozulması təəssüfləndiricidir”
04 aprel 2007 14:03 (UTC +04:00)
“Biz Ukraynada baş verən prosesləri diqqətlə izləyirik. Ukraynada demokratiyanın inkişafı prosesinin ləngiməməsi üçün yaranmış böhranın yaxın zamanlarda həlli vacibdir”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Gürcüstan parlamentinin spikeri Nino Burcanadze ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşdə səsləndirib. O, “məxməri inqilab” zamanı Ukraynada mövcud olan birliyin pozulmasından təəssüfləndiyini gizlətməyib: “Hesab edirik ki, Ukraynada problemlər sülh yolu ilə həll olunmalıdır”. Görüşdə iştirak edən konqresmen Devid Prays Ukraynada proseslərin Konstitusiyada nəzərdə tutulmuş mexanizmlər əsasında həll olunmasını vacib sayıb və Vaşinqtonun Ukraynanın daxili işlərinə qarışmaq istəmədiyini deyib. /APA/
MDB
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
18:36
2 may 2024
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:13
2 may 2024
Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO
16:48
2 may 2024
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub, saziş imzalanıb
16:11
2 may 2024