Bakıda keçiriləcək “ATİF-2007” turizm sərgisində Gürcüstan Turizm Departamentinin nümayəndə heyəti də iştirak edəcək
10 aprel 2007 11:49 (UTC +04:00)
Aprelin 18-20-də Bakıda keçiriləcək “ATİF-2007” turizm sərgisində Gürcüstan Turizm Departamentinin nümayəndə heyəti də iştirak edəcək. Departamentdən APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, sərgidə Gürcüstanın dağ turizm kurortları və Qara dəniz sahillərindəki istirahət mərkəzlərindən bəhs edən stendlər nümayiş olunacaq. Bundan başqa sərgidə Acarıstan Turizm Departamentinin hazırladığı stendin də nümayişi nəzərdə tutulur. Bundan başqa Bakıda Acarıstan Turizm Departamentinin informasiya mərkəzinin də açılması nəzərdə tutulur. Mərkəz Acarıstan Muxtar Respublikasının turizm potensialının populyarlaşdırılmasına çalışacaq. Gürcüstan Turizm Departamentinin məlumatına görə, ötən il Acarıstana 2000 turist gəlib. Bu, bir il əvvəlki göstəricidən 400% artıqdır. Ötən il təkcə Ermənistandan Gürcüstanın Qara dəniz sahillərində dincəlməyə 45 min turistin gəlməsi planlaşdırılır. Acarıstan Turizm Departamenti bu il İrəvanda da informasiya mərkəzi açmağı planlaşdırır. Bu ilin may-iyun aylarında Azərbaycanın 3 telekanalında Acarıstanın turizm potensialından bəhs edən reklam rolikləri nümayiş olunacaq. 10, 20, 30 saniyəlik roliklərin hazırlanması üçün artıq tender elan olunub. /APA/
MDB
İnquşetiya rəhbərinin qardaşı saxlanılıb
17:48
3 iyun 2024
Rusiya Britaniyanın jurnalist korpusuna qarşı fərdi sanksiyaların siyahısını genişləndirib
17:20
3 iyun 2024
Baş katib: Ermənistan KTMT-nin tamhüquqlu üzvü olmaqda davam edir
13:41
3 iyun 2024
Kazan hava limanında uçuşlar məhdudlaşdırılıb
13:28
3 iyun 2024