Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması prosesi bərpa edilib
12 aprel 2007 14:42 (UTC +04:00)
Rusiya hərbi bazalarının Gürcüstandan çıxarılması prosesi bərpa edilib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Axalkələkdəki hərbi bazadan mühəndis və ağır texnika, həmçinin, “KamAZ” avtomaşınları yüklənmiş eşelon dəmir yolu ilə Rusiyanın Gümrüdəki (Ermənistan) bazasına yola salınıb.
Qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında 2006-cı ildə imzalanmış razılaşmaya görə, Rusiya Axalkələkdəki bazadan Gümrüyə dəmir yolu ilə 5 hərbi eşelon göndərməlidir. Rusiyaya isə həmin bazadan 10 eşelon texnika göndərilməlidir. Bununla da, Axalkələkdəki hərbi baza 2007-ci ilin sonuna qədər ləğv olunmalıdır. Bununla yanaşı, iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2006-cı il mayın 31-də imzalanmış müqaviləyə görə, 2008-ci ilin sonunadək Rusiya Batumidəki hərbi bazasını da Gürcüstan ərazisindən çıxarmalıdır. /APA/

MDB
Vladimir Putin Xilaskar İsa Məsih Kilsəsində Pasxa mərasiminə qatılıb
01:23
5 may 2024
Rusiya DİN Zelenski və Poroşenkonu axtarışa verib - FOTO - YENİLƏNİB
17:08
4 may 2024
Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb, yürüşə keşiş başçılıq edir - VİDEO
15:59
4 may 2024
Qazaxıstan Prezidenti Moskvaya səfər edəcək
13:22
4 may 2024