Cənubi Osetiyanın de-fakto lideri Dmitri Sanakoev: “Ermənilər özlərində cəsarət taparaq danışıqlar masası arxasında əyləşməlidir”
20 aprel 2007 11:37 (UTC +04:00)
“Erməni tərəfi özündə cəsarət taparaq Dağlıq Qarabağa münaqişəsinin nizamlanmasına dair danışıqlar masası arxasında əyləşməlidir”. Bu eksklüziv açıqlamanı APA-nın Gürcüstan bürosuna Cənubi Osetiyanın de-fakto lideri Dmitri Sanakoev verib. O, Dağlıq Qarabağa münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib. “Münaqişənin dinc yolla nizamlanmasından sonra ermənilərə Dağlıq Qarabağ ərazisində geniş muxtariyyət verilməlidir. Lakin problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Qeyd edək ki, Dmitri Sanakoev Cənubi Osetiyada keçirilən alternativ prezident seçkilərində qalib gəlib. Gürcüstan prezidenti Mixail Saakaşvili Sxinvali regionunda müvəqqəti Cənubi Osetiya administrasiyası yaratmaq təşəbbüsü ilə çıxış edib, bu administrasiyaya Dmitri Sanakoev rəhbərlik edəcək. /APA/
MDB
Moskvada qarlı hava ilə bağlı xəbərdarlıq edilib
04:01
2 may 2024
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti açıqlanıb
17:21
1 may 2024
Ukrayna Rusiyada neft emalı zavodunu PUA-larla vurub, yanğın baş verib
07:43
1 may 2024
Mirzoyan: Ermənistan KTMT kimi işləməyən mexanizmin tərkib hissəsi olmaq istəmir
17:52
30 aprel 2024