Mixail Saakaşvili əsirlikdən azad edilən üç gürcü tələbəni “Şərəf” medalı ilə təltif edib
04 may 2007 08:32 (UTC +04:00)
Tanınmamış Abxaziya Respublikasının rəhbərliyi Suxumi təcridxanasında üç aydan bəri saxlanan üç gürcü tələbəni azadlığa buraxıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili dünən axşam radələrində tələbələri qəbul edərək onlara “Şərəf” medalı təqdim edib. Tələbələrin hansı şəraitdə azadlığa buraxıldığı məlum deyil. İki gün əvvəl Mixail Saakaşvili əsirlikdə olan tələbələrin valideynləri ilə görüşərək onlara övladlarının azadlığa buraxılmasına çalışacağını demişdi. Qeyd edək ki, üç tələbə - Korşin, Qaçava və Riqvava Qali rayonu ərazisində separatçı abxaz birləşmələri tərəfindən həbs olunub. Abxaziya hökuməti tələbələri sərhəd pozuculuğunda həbs edib. /APA/
MDB
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edəcək
17:35
5 may 2024
Rusiyalı deputat: “Anatoli Çubays “xarici agent” elan edilməlidir”
15:36
5 may 2024
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:20
5 may 2024
Vladimir Roqov: "Rusiyada heç kim Zelenski ilə danışıqlara getməyəcək"
10:45
5 may 2024