ABŞ-ın qəti mövqeyi belədir ki, Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır
11 may 2007 12:51 (UTC +04:00)
ABŞ Cənubi Osetiya probleminin sülh yolu ilə həllini istəyir və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak deyib. Rəsmi Tiflisin Cənubi Osetiyaya rəhbər təyin etməsi ilə bağlı sualı cavablandıran Ş. Makkormak osetinləri Gürcüstan hökuməti ilə dialoqa səslədiklərini bildirib: “Siyasi fikir ayrılıqlarını siyasi yolla həll etmək lazımdır. Biz qəti olaraq o mövqedəyik ki, Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”. Xatırladaq ki, Gürcüstan parlamenti Dmitri Sanokayevi Cənubi Osetiyadakı müvəqqəti idarəçiliyin rəhbəri təyin edib. /APA/
MDB
Vladimir Putin Xilaskar İsa Məsih Kilsəsində Pasxa mərasiminə qatılıb
01:23
5 may 2024
Rusiya DİN Zelenski və Poroşenkonu axtarışa verib - FOTO - YENİLƏNİB
17:08
4 may 2024
Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş başlayıb, yürüşə keşiş başçılıq edir - VİDEO
15:59
4 may 2024
Qazaxıstan Prezidenti Moskvaya səfər edəcək
13:22
4 may 2024