Toto Kutunyo Gürcüstanın Müstəqil Günüdə Tiflisdə konsert proqramı ilə çıxış edəcək
23 may 2007 15:33 (UTC +04:00)
Tanınmış italyan müğənnisi Toto Kutunyo Gürcüstanın Müstəqillik Günü münasibətilə Tiflisin Azadlıq meydanında konsert proqramı ilə çıxış edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, həmin gün Gürcüstanda bir sıra təntənəli tədbirlər, o cümlədən hərbi parad keçirilməsi nəzərdə tutulub. Hərbi paradı Gürcüstanın ali baş komandanı, prezident Mixail Saakaşvili qəbul etməsi gözlənilir. Paradda 12 min hərbçi, 3 min ehtiyatda olan zabit və əsgər, 100-dən artıq ağır texnika və aviasiya iştirak edəcək. Həmin gün Batumidə Türkiyənin “TAV-URBAN” şirkəti tərəfindən tikilmiş yeni aeroportun açılış mərasimi də keçiriləcək. /APA/
MDB
Rusiyada amerikalı hərbçi saxlanılıb
00:31
7 may 2024
Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - YENİLƏNİB
23:42
6 may 2024
ABŞ və Ermənistan arasında ilk illik qərargah danışıqları baş tutub - FOTO
20:59
6 may 2024
Lavrov Serbiyanın XİN və DİN başçıları ilə Kosovo ətrafındakı vəziyyəti müzakirə edib
20:14
6 may 2024