Rusiyanın Gürcüstandakı bazasından texnika yüklənmiş növbəti eşelon Ermənistana yola salınıb
07 iyun 2007 10:40 (UTC +04:00)
Rusiyanın Gürcüstanda yerləşən hərbi bazasından texnika, silah və sursat yüklənmiş növbəti hərbi eşelon bu gün Ermənistana yola salınıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, eşelonun tərkibinə 35 platforma və vaqon daxildir. Ümumi çəkisi 900 ton olan 44 avtomobil, maşınlar üçün ehtiyat hissələri və 5 tank yüklənmiş eşelon Rusiyanın Gümrüdə yerləşən 102-ci diviziyasına təhvil veriləcək. Rusiya ilə Gürcüstan arasında əldə edilmiş razılığa əsasən 2007-ci ilin sonuna qədər Rusiyanın Axalkələkdə yerləşən 62-ci hərbi bazası, gələn ilin sonuna qədər isə Batumda yerləşən 12-ci hərbi baza ləğv edilməlidir. Köçürülmə planına əsasən, iyun-iyul aylarında 4, noyabrda isə daha bir eşelon Azərbaycan ərazisindən keçməklə Rusiyaya yola salınacaq. Batumidəki hərbi bazadan sursat və texnika yüklənmiş 4 eşelonun avqustda Ermənistana göndərilməsi nəzərdə tutulur. /APA/
MDB
Ukrayna Rusiyada neft emalı zavodunu PUA-larla vurub, yanğın baş verib
07:43
1 may 2024
Mirzoyan: Ermənistan KTMT kimi işləməyən mexanizmin tərkib hissəsi olmaq istəmir
17:52
30 aprel 2024
Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir
16:34
30 aprel 2024
Ermənistanda Solovyovun verilişini mədəni və bədii proqram əvəzləyəcək
15:59
30 aprel 2024