Gürcüstan Xarici İşlər Nazirliyi David Qareci monastırına dair danışıqlar barədə müxalifəti məlumatlandırıb
07 iyun 2007 14:08 (UTC +04:00)
Gürcüstan xarici işlər nazirinin müavini, dövlət sərhədlərinin delimitasiya və demarkasiyası komissiyasının sədri Georgi Mandcqaladze parlamentin müxalifət fraksiyalarını David Qareci monastırı ətrafında vəziyyətlə bağlı məlumatlandırıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, nazir müavininin müxalifət təmsilçiləri ilə görüşü qapalı keçirilir və görüşə XİN təmsilçiləri ilə yanaşı Sərhəd Polisinin və Gürcüstan ruhani dairələrinin nümayəndələri qatılıblar. “Demokratik cəbhə” fraksiyasının liderlərindən Zviad Ciciquri APA-nın Gürcüstan bürosuna bildirib ki, hökumət danışıqlar barədə müxalifəti məlumatlandıracağı barədə onlara əvvəldən xəbər göndərib. “Əsas məsələ odur ki, sərhəd problemləri Gürcüstanın maraqları baxımından həllini tapsın”. İclasa qatılmazdan əvvəl jurnalistlərə açıqlama verən Georgi Mandcqaladze bildirib ki, görüşdə müxalifət təmsilçilərini Azərbaycanla Gürcüstan sərhədlərinin delimitasiyasına dair danışıqların gedişi barədə geniş məlumat veriləcək. O, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası komissiyalarının növbəti iclasının iyul-avqust aylarında keçiriləcəyini bildirib. /APA/
MDB
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti açıqlanıb
17:21
1 may 2024
Ukrayna Rusiyada neft emalı zavodunu PUA-larla vurub, yanğın baş verib
07:43
1 may 2024
Mirzoyan: Ermənistan KTMT kimi işləməyən mexanizmin tərkib hissəsi olmaq istəmir
17:52
30 aprel 2024
Ermənistanda "TikTok"un qadağan olunması təklif edilir
16:34
30 aprel 2024