Avropa İnsan Hüquqları Məhkəməsi gürcü jurnalistin Saakaşvili hökumətinə qarşı iddiasını təmin edib
08 iyun 2007 09:46 (UTC +04:00)
Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın “Meridiani 44” qəzetinin əməkdaşı Nana Qorelişvilinin Gürcüstan hökumətinə qarşı qaldırdığı iddianı təmin edib. APA-nın məlumatına görə, iddianın təmin olunması barədə qərar bu il iyunun 5-də qəbul olunub. Qərarda Gürcüstan hökumətinin Avropa Konvensiyasının 10-cu (fikir azadlığı) maddəsini pozduğu göstərilib. Nəticədə Gürcüstan hökuməti jurnalistə 1500 avro məbləğində mənəvi təzminat ödəməyə məhkum edilib. Qeyd edək ki, Gürcüstanın yerli məhkəmələri ölkənin yüksək vəzifəli məmurları haqqında tənqidi yazılar yazan jurnalisti cərimələyib. Jurnalist isə bu məhkəmələrin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. /APA/
MDB
Ermənistanda etiraz aksiyalarında iştirak edən tanınmış müğənninin oğlu saxlanılıb
15:01
22 may 2024
Kreml bir sıra Avropa ölkələrinin Fələstini müstəqil dövlət kimi tanımasına münasibət bildirib
14:28
22 may 2024
Qırğızıstan Təhlükəsizlik Komitəsi hakimiyyəti ələ keçirmək istəyən qüvvələrə xəbərdarlıq edib
14:03
22 may 2024
Ermənistanın eks-müdafiə nazirinin 29 milyon dollarlıq əmlakının müsadirəsi tələb olunur
13:56
22 may 2024