Gürcüstanın şərq hissəsi və paytaxt Tiflis iki saat işıqsız qalıb
09 iyun 2007 08:56 (UTC +04:00)
Gürcüstanın şərq hissəsi və paytaxt Tiflisin elektrik enerjisi ilə təminatında ciddi problemlər yaranıb. Energetika naziri Nika Gilaurinin APA-nın Gürcüstan bürosuna verdiyi məlumata görə, dünən yerli vaxtla 21.00-da “İnquri SES”də ciddi qəza baş verib, bu səbəbdən də ölkənin bir hissəsinə elektrik enerjisi verilməsi dayandırılıb. Qəza nəticəsində “Kartli-2” elektrik ötürücüsü sıradan çıxıb, bu xəttə bağlı olan Şərqi Gürcüstan işıqsız qalıb. Tiflisdə isə metro və digər strateji obyektlərə elektrik enerjisi verilməyib. Yalnız iki saat yarımdan sonra qəza qismən aradan qaldırılıb və Tiflisin bəzi məhəllələrinə enerji verilməsinə başlanılıb. Qeyd edək ki, iki gün əvvəl “İmereti” elektrik ötürücüsündə baş verən qəza nəticəsində Gürcüstanın biz hissəsi işıqsız qalmışdı. /APA/
MDB
Rusiya DİN Ukraynanın keçmiş XİN başçısını axtarışa verib
01:43
6 may 2024
Lavrov: “Qərb Ukraynada vəziyyətin pisləşdiyini bilir”
22:58
5 may 2024
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Macarıstana səfər edəcək
17:35
5 may 2024
Rusiyalı deputat: “Anatoli Çubays “xarici agent” elan edilməlidir”
15:36
5 may 2024