Şərqi Gürcüstan sel sularına qərq olub
11 iyun 2007 07:52 (UTC +04:00)
Yağan aramsız yağışlar nəticəsində Şərqi Gürcüstanın Kaxeti bölgəsinin Laqodexi rayonunun beş kəndi sel suları altında qalıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Apeka çayının məcrasından çıxması evlərin birinci mərtəbələrinin su altında qoyub və kənd təsərrüfatına böyük ziyan vurub. Kaxeti qubernatoru Qiya Naçvlişvili bildirib ki, 200-dən artıq ev su altında qalıb və çoxlu sayda mal-qara tələf olub. Dəymiş ziyanı aradan qaldırmaq üçün bu gün xüsusi komissiya Kaxeti bölgəsinə yola düşür. Hidrometeorologiya bürosunun məlumatına görə, Şərqi Gürcüstanda yağışlı hava şəraiti iyun ayının ortalarına qədər davam edəcək. /APA/
MDB
Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO
16:48
2 may 2024
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub, saziş imzalanıb
16:11
2 may 2024
Kreml İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək sülh konfransına münasibət bildirib
13:41
2 may 2024
Moskvada yaşayış binası yaxınlığında mina aşkarlanıb
11:30
2 may 2024