Gürcüstan parlamentində Ahıska türklərinin repatriasiyası ilə bağlı qanun layihəsinin müzakirəsinə başlanıb
14 iyun 2007 08:51 (UTC +04:00)
Gürcüstan parlamentində Ahıska türklərinin repatriasiyası ilə bağlı qanun layihəsinin müzakirəsinə başlanıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, parlamentin Xarici əlaqələr komitəsində “XX əsrin 40-cı illərində sovet hakimiyyəti tərəfindən Gürcüstandan zorla köçürülmüş şəxslərin repatriasiyası haqqında” qanun layihəsi ilə bağlı dinləmələr keçirilib. Layihənin təşəbbüskarı parlament çoxluğu “Milli hərəkatdemokratlar” fraksiyasıdır. Deputatlar ölkədən zorakılıqla köçürülmüş insanlara münasibətdə tarixi ədalətin bərpasının vacibliyini bildiriblər. Sənədə əsasən tarixi vətənlərinə qayıtmaq istəyən türklər 2009-cu il yanvarın 1-nə qədər yazılı müraciət etməlidir. Gürcüstan vətəndaşı olmaq istəyən şəxslər başqa ölkənin vətəndaşlığından imtina etməli, gürcü dili, Gürcüstan tarixi və Konstitusiyası bilgisi üzrə testdən keçməlidir. Gürcüstan dövləti qayıdacaq şəxsləri yerləşdirməyi, onları mənzillə təmin etməyi üzərinə götürmür.
Xatırladaq ki, Ahıska türkləri 1944-cü ildə Gürcüstandan köçürülüb. Gürcüstan hökuməti onların geri qaytarılması ilə bağlı Avropa Şurası qarşısında öhdəlik götürüb. /APA/
Xatırladaq ki, Ahıska türkləri 1944-cü ildə Gürcüstandan köçürülüb. Gürcüstan hökuməti onların geri qaytarılması ilə bağlı Avropa Şurası qarşısında öhdəlik götürüb. /APA/
MDB
Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib
18:36
2 may 2024
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:13
2 may 2024
Qırğızıstanda yük maşını 29 uşağı vurub - VİDEO
16:48
2 may 2024
ABŞ-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub, saziş imzalanıb
16:11
2 may 2024