Nino Burcanadze: “Gürcüstan hökuməti Vətənə qayıdan Axısxa türkləri üçün xüsusi şərait yaratmayacaq”

Nino Burcanadze: “Gürcüstan hökuməti Vətənə qayıdan Axısxa türkləri üçün xüsusi şərait yaratmayacaq”
# 23 iyun 2007 10:39 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın Gürcüstan bürosuna ölkə parlamentinin spikeri Nino Burcanadze verib. O, Axısxa türklərinin Gürcüstana qayıdışı prosesinin mərhələli şəkildə həyata keçiriləcəyini deyib: “Gürcüstan hökuməti Vətənə qayıdan Axısxa türkləri üçün xüsusi şərait yaratmayacaq. Gürcüstan o qədər də varlı dövlət deyil, ona görə də biz söz vermirik ki, Axısxa türkləri üçün xüsusi şərait yaradacağıq. Amma repatriasiya olunanların normal həyat şəraitində yaşaması üçün əlimizdən gələni edəcəyik”. Qeyd edək ki, qanun layihəsinə əsasən Axısxa türkləri SSSRİ Nazirlər Kabinetinin qərarı ilə deportasiya olunduqları Samsxe-Cavaxetiya bölgəsində deyil, Gürcüstanın müxtəlif bölgələrinə yerləşdiriləcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR