Mixail Saakaşvili İstanbula yola düşüb

Mixail Saakaşvili İstanbula yola düşüb
# 25 iyun 2007 08:25 (UTC +04:00)
Prezident Mixail Saakaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün İstanbula yola düşüb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, səfər çərçivəsində prezidentin rusiyalı həmkarı Vladimir Putin və digər dövlət başçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulub. Prezidentlərin görüşü ərəfəsində isə bu gün İstanbulda Rusiya və Gürcüstan xarici işlər nazirlərinin danışıqları nəzərdə tutulur. Danışıqlarda Cənubi Osetiya münaqişəsinin həlli əsas müzakirə mövzusu olacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR