Zurab Jvaniyanın həyat yoldaşı məhkəmədə ifadə verib

Zurab Jvaniyanın həyat yoldaşı məhkəmədə ifadə verib
# 25 iyun 2007 09:00 (UTC +04:00)
Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın həyat yoldaşı Nino Kadagidze məhkəməyə cağırılaraq dindirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, proses bağlı qapılar arxasında keçirilib. N. Kadagidze prosesdən sonra jurnalistlərə açıqlamasında ona Zurab Jvaniyanın ölümü ilə bağlı suallar verildiyini bildirib. O, sorğu-sualın başqa məqamlarını açıqlamayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR