Qərbi Gürcüstanda 76 min ailə işıqsız qalıb

Qərbi Gürcüstanda 76 min ailə işıqsız qalıb
# 26 iyun 2007 09:00 (UTC +04:00)
Qərbi Gürcüstanda yağan güclü yağışlar nəticəsində “Bakisubani” , “Sanavardo 2” və “Terdjola” elektrik-paylayıcı stansiyalarında qəza baş verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, qəza nəticəsində bölgədə 76 min ailə elektrik enerjisiz qalıb. Hazırda ərazidə bərpa işləri aparılır. Bundan əlavə, Zuqdidi rayonunda İnquri çayının məcrasından çıxması nəticəsində Şamqona və Qanmuxuri kəndləri sel altında qalıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR