NATO-nun Buxarest sammitində Gürcüstan bu qurumun üzvlüyü üzrə Fəaliyyət Planına qoşulmağı nəzərdə tutub

NATO-nun Buxarest sammitində Gürcüstan bu qurumun üzvlüyü üzrə Fəaliyyət Planına qoşulmağı nəzərdə tutub
# 26 iyun 2007 09:51 (UTC +04:00)
NATO-nun Buxarest sammitində Gürcüstan bu qurumun üzvlüyü üzrə Fəaliyyət Planına qoşulmağı nəzərdə tutub. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, NATO-nun 2008-ci ildə keçirilməsi gözlənilən Buxarest sammitində Xorvatiya, Makedoniya, Albaniyanın bu alyansa üzv olmağa dəvət edilməsi nəzərdə tutulub. Ukrayna və NATO arasında xüsusi tərəfdaşlıq barədə xartiyanın 10-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edən Ukraynanın xarici işlər nazirinin müavini Vladimir Xandoqi bildirib ki, Gürcüstan Rumıniya paytaxtında keçiriləcək zirvə gürüşündə NATO üzvlüyünə dair Fəaliyyət Planına qoşulmağı planlaşdırır. Nazir müavini qeyd edib ki, Gürcüstanın şansları var, çünki burada əhalinin 100 faizi ölkənin NATO-ya daxil olmasını dəstəkləyir, amma Gürcüstanın ərazisində mövcud olan “qaynar nöqtələr” vəziyyəti çətinləşdirir./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR