Rusiya sülhməramlıları gürcü-osetin münaqişə zonasında vəziyyəti yenidən gərginləşdiriblər

Rusiya sülhməramlıları gürcü-osetin münaqişə zonasında vəziyyəti yenidən gərginləşdiriblər
# 27 iyun 2007 12:17 (UTC +04:00)
Gürcü-osetin münaqişə zonasında vəziyyət yenidən gərginləşib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Rusiya sülhməramlıları Nikozi-Avnevi magistral yoluna ağır texnika yeridərək, yolda nəqliyyatın hərəkətini tam məhdudlaşdırıblar. Bununla da Fronsk dərəsində yaşayan gürcülər faktiki blokada vəziyyətinə düşüblər. Dünəndən etibarən Rusiya sülhməramlıları dünəndən etibarən şəxsi torpaq sahələrinin yaxınlığında səngərlər qazmağa başlayıblar. Gürcüstan hüquq-mühafizə orqanları və yerli əhali rusların bu addımına etiraz ediblər. Bununla belə etirazlara baxmayaraq, ruslar hərbi texnikanı geri çəkmək niyyətində deyil. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR