Bu ilin ilk üç ayı ərzində Gürcüstan iqtisadiyyatına 575 milyon dollar sərmayə qoyulub

Bu ilin ilk üç ayı ərzində Gürcüstan iqtisadiyyatına 575 milyon dollar sərmayə qoyulub
# 27 iyun 2007 12:17 (UTC +04:00)
Gürcüstan iqtisadiyyatına birbaşa sərmayə yatırımının həcminə görə, Danimarka, Türkiyə və Hollandiya ilk üç yeri tutur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu fikirləri Gürcüstan hökumətinin iclasında baş nazir Zurab Noğaydeli söyləyib. Onun sözlərinə görə, bu ilin ilk rübündə iqtisadiyyata ümumilikdə 575 milyon dollar birbaşa kapital yatırılıb. Noğaydeli bildirib ki, bu il iqtisadiyyata qoyulan xarici sərmayənin ümumi həcminin 2,5 mlrd. dollara çatacağı proqnozlaşdırılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR