Axalkələkdəki hərbi baza rəsmi şəkildə Gürcüstana təhvil verilib

Axalkələkdəki hərbi baza rəsmi şəkildə Gürcüstana təhvil verilib
# 28 iyun 2007 07:57 (UTC +04:00)
Rusiya Axalkələkdəki hərbi bazanı rəsmi şəkildə Gürcüstana təhvil verib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, təhvil-təslim haqqında akt Gürcüstan müdafiə nazirinin müavini Levan Nikoleişvili və Zaqafqaziyadakı Rusiya qoşun qrupunun komandanı, general-mayor Andrey Popov tərəfindən imzalanıb. Axalkələkdəki hərbi baza 1910-cu ildə yaradılıb. Bazanın 128 hektarlıq ərazisində 196 bina var. Bazanın infrastrukturu 15 min adam üçün nəzərdə tutulub. A. Popov bildirib ki, Axalkələkdəki baza 2007-ci il oktyabrın 1-nə qədər Gürcüstana təhvil verilməliydi, ancaq bu, daha tez baş verib. Batumidəki bazaya gəldikdə isə, bu baza 2008-ci ilin sonuna qədər Gürcüstana təhvil veriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR