Batumidə gürcü jurnalist Rusiya hərbçiləri tərəfindən döyülüb

Batumidə gürcü jurnalist Rusiya hərbçiləri tərəfindən döyülüb
# 28 iyun 2007 11:42 (UTC +04:00)
Gürcü jurnalist Rusiya hərbçiləri tərəfindən döyülüb. APA-nın gürcüstan bürosunun xəbərinə görə, hadisə bu səhər Rusiyanın Batumidə yerləşən hərbi bazasında baş verib. “Mze” telekompaniyasının əməkdaşı Natia Zoidze texnika yüklənmiş maşınları lentə alarkən bir neçə rus əsgəri tərəfindən döyülüb. “Mze” telekompaniyasından bildiriblər ki, Natia Zoidzenin hadisə yerində çəkiliş aparması üçün əvvəlcədən razılıq əldə olunub. Jurnalistin dediyinə görə, ona fiziki təzyiq göstərənlər arasında Batumi hərbi bazasının komandiri Danilov da olub. Qeyd edək ki, bu gün Batumidən Rusiyaya növbəti hərbi eşelon yola salınır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR