FTB Zurab Jvaniyanın ölümü ilə bağlı aparılan ekspertizanın nəticələrinə dair növbəti sənədi Gürcüstana göndərib

FTB Zurab Jvaniyanın ölümü ilə bağlı aparılan ekspertizanın nəticələrinə dair növbəti sənədi Gürcüstana göndərib
# 29 iyun 2007 15:40 (UTC +04:00)
ABŞ Federal Təhqiqatlar Bürosu Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın meyitinin tapıldığı yerdən götürülmüş əşyayi-dəlillərin ekspertizasının nəticələri ilə bağlı növbəti sənədi bu ölkənin Baş Prokurorluğuna göndərib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında mərhumun qardaşı Georgi Jvaniya deyib. O bildirib ki, Z. Jvaniyanın həyat yoldaşı Nino Kadaqidze Baş Prokurorluğa çağırılaraq sənədlə tanış edilib: “Ekspertizanın nəticələri ilə tanış olmadığım üçün nə isə söyləmək mənim üçün çətindir. FTB-dən bu cür sənədlər çox gəlib. Çünki onlar ekspertizaya müxtəlif əşyalar aparıblar. Bu dəfə bildiriblər ki, bir siqaret filtri və stəkanın üzərində Z. Jvaniyanın qanı aşkar olunub. Lakin həmin əşyaların hadisə yerinə necə və kimin tərəfindən gətirildiyi müəyyən edilməyib”.
N. Kadaqidze ölkə xaricində olduğu üçün ondan açıqlama almaq mümkün olmayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR