Gürcüstan müdafiə nazirinin birinci müavini Levan Nikoleişvili: “NATO-ya üzvlük üçün bütün öhdəlikləri yerinə yetirməyə hazırıq”

Gürcüstan müdafiə nazirinin birinci müavini Levan Nikoleişvili: “NATO-ya üzvlük üçün bütün öhdəlikləri yerinə yetirməyə hazırıq”
# 02 iyul 2007 11:38 (UTC +04:00)
Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstan müdafiə nazirinin birinci müavini Levan Nikoleişvili deyib. Nazir müavini bildirib ki, alyansa qəbul olunmaq Gürcüstan üçün böyük əhəmiyyət kəsib edir. O, Cənubi Osetiya münaqişəsi zonasında son bir neçə gün ərzində yaranmış qarşıdurmaya da aydınlıq gətirib. L. Nikoleişvili Gürcüstan hökumətinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu və bu yolda lazımı addımları atdığını söyləyib: “Hazırda məsələnin həlli istiqamətində Cənubi Osetiya tərəfi ilə danışıqlar aparılır. Əsas odur ki, xalq - Cənubi Osetiyada yaşayan əhali Gürcüstan Respublikasının tərəfindədir. Xalq yaxşı başa düşür ki, yalnız Gürcüstan Respublikasının tərkibində sülh və əmin-amanlıq şəraitində yaşaya bilərlər”. L. Nikoleişvili münaqişənin həlli üçün Gürcüstan hökumətinin güc tətbiq edəcəyi ilə bağlı iddiaları təkzib edərək problemin yalnız sülh yolu ilə həll olunacağını bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR