AŞ PA prezidenti Rene Van Der Lindenin Gürcüstana səfəri başlayır

AŞ PA prezidenti Rene Van Der Lindenin Gürcüstana səfəri başlayır
# 05 iyul 2007 09:01 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rene Van Der Lindenin Ermənistana səfəri başa çatıb. APA-nın Gürcüstan bürosunun bu ölkənin parlamentindən aldığı məlumata görə, bu gün AŞ PA prezidentinin bu ölkəyə səfəri başlayır. Parlamentdən bildirilənə görə, səfər çərçivəsində gürcü-osetin münaqişəsinin həlli məsələləri müzakirə olunacaq. Rene Van Der Lindenin bu məqsədlə Sxinvaliyə səfər edəcək, Osetiya rəhbərliyi ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində AŞ PA prezidenti Gürcüstan prezidenti, parlament rəhbəri, baş nazir və XİN rəhbəri ilə görüşəcək.
Qeyd edək ki, AŞ PA prezidenti Gürcüstandan Azərbaycana gələcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR