Rene van der Linden: “Gürcüstan Rusiya ilə münasibətləri normallaşdırmalıdır”

Rene van der Linden: “Gürcüstan Rusiya ilə münasibətləri normallaşdırmalıdır”
# 06 iyul 2007 14:10 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Gürcüstana Rusiya ilə münasibətləri qaydaya salmağı tövsiyə edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan parlamentində müxalifət nümayəndələri ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlama verən Rene van der Linden bildirib ki, Rusiya ilə münasibətlərin normallaşdırılması daha məqsəduyğundur: “Gürcüstan-Rusiya münasibətləri çox vacib mövzudur, görüşdə bu məsələyə böyük yer ayrılıb. Rusiya sizin yaxın qonşunuzdu, onunla münasibətləri qaydaya salmaq çox vacibdir. Yaxın 10-15 ildə Rusiya ilə əlaqələrin qurulması bütün Avropa üçün həlledici məsələdir”. Rene van der Linden müxalifətlə görüşündə Cənubi Qafqazda münaqişələrin nizamlanması, məhkəmə sistemində aparılan islahatlar, kütləvi informasiya vasitələrinin vəziyyəti müzakirə olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR