Güclü külək Qardabani rayonuna ciddi ziyan vurub

Güclü külək Qardabani rayonuna ciddi ziyan vurub
# 09 iyul 2007 11:45 (UTC +04:00)
Azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartl bölgəsinin Qardabani rayonunda əsən güclü külək yaşayış evlərinə və kənd təsərrüfatına böyük ziyan vurub. Bir neçə saat davam edən külək evlərin dam örtüklərini sıradan çıxarıb. Elektrik naqillərinin sıradan çıxması nəticəsində rayonda 16 saata yaxın elektrik enerjisi olmayıb. Yalnız bu səhər elektrik enerjisini nisbətən bərpa etmək mümkün olub. Qarğıdalı tarlalarına külli-miqdarda ziyan dəyib. Hal-hazırda rayon sakinləri öz hesablarına dəymiş ziyanı aradan qaldırmağa çalışırlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR