Gürcüstanın üç rayonunda mal-qara arasında brusellyoz xəstəliyi yayılıb

Gürcüstanın üç rayonunda mal-qara arasında brusellyoz xəstəliyi yayılıb
# 11 iyul 2007 10:07 (UTC +04:00)
Gürcüstanın Axalqori, Qardabani və Marneuli rayonlarında mal-qarada brusellyoz xəstəliyi aşkarlanıb. Gürcüstan Baytarlıq Departamentindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəlik təhlükəli hal alacağı təqdirdə brusellyoza yoluxan mal-qaranın hamısı tələf ediləcək. Qeyd edək ki, xəstəliyin yayıldığı Qardabani rayonunun əhalisinin əksəriyyəti azərbaycanlılardır, onların böyük hissəsi maldarlıqla məşğul olur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR