Axalkələkdə erməni qadın iki günlük uşağını diri-diri basdırmaq istəyərkən həbs olunub

Axalkələkdə erməni qadın iki günlük uşağını diri-diri basdırmaq istəyərkən həbs olunub
# 11 iyul 2007 11:01 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, o, iyulun 10-da doğduğu uşağı məzarlığa aparıb və diri-diri torpağa basdırmaq istəyib. Lakin kənd sakinlərinin onun cinayətinin şahidi olduğunu görən Tsonira Avakyan uşağı məzarlığa ataraq qaçıb. Keçirilən əməliyyat zamanı erməni qadın saxlanıb, hazırda o, istintaqa cəlb olunub. Məzarlığa atılan uşaq isə hazırda həkim nəzarəti altındadır, onun səhhətinin normal olduğu bildirilir. Faktla bağlı cinayət işi başlanıb, Tsonira Avakyan istintaqa verdiyi ifadədə uşaqdan sosial durumu ağır olduğu üçün imtina etmək istədiyini deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR