Gürcüstan parlamenti Axısxa türklərinin repatriasiyasına dair qanun layihəsini qəbul edib

Gürcüstan parlamenti Axısxa türklərinin repatriasiyasına dair qanun layihəsini qəbul edib
# 12 iyul 2007 15:20 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, qanunun lehinə 117, əleyhinə 19 millət vəkili səs verib. Qanun Axısxa türklərinin Gürcüstandakı doğma yurdlarına qayıtması prosedurasını müəyyənləşdirir. Sənəddə ölkəyə qayıtmaq istəyən Axısxa türklərinə repatriasiya sənədlərinin, xüsusi repatriant və vətəndaşlıq statusunun verilməsi qaydaları öz əksini tapıb. Gürcüstandakı yurdlarına qayıtmaq istəyən Axısxa türkləri bu ölkənin xaricdəki səfirliklərinə 2009-cu il yanvarın 1-nə kimi müraciət etməlidir. Gürcüstanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə əsasən, bu ölkə 2011-ci ilə kimi Axısxa türklərinin öz yurdlarına qayıtması üçün hər bir şərait yaratmalıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR