Rusiya ilə münasibətlərin gərginləşməsi Gürcüstan iqtisadiyyatına 35-40 milyon dollar ziyan vurub

Rusiya ilə münasibətlərin gərginləşməsi Gürcüstan iqtisadiyyatına 35-40 milyon dollar ziyan vurub
# 17 iyul 2007 11:35 (UTC +04:00)
Gürcüstan ilə Rusiya ilə arasında münasibətlərin gərginləşməsi Gürcüstan iqtisadiyyatına 35-40 milyon ABŞ dolları məbləğində ziyan vurub. APA-nın Gürcüstan bürosunun Qafqaz Strateji Araşdırmalar İnstitutuna istinadən yaydığı məlumata görə, Rusiyanın Gürcüstandan şərab məhsulları və mineral suların idxalına qadağa qoyması nəticəsində Rusiya şirkətlərinə dəymiş ziyan 600-700 milyon dollardır. Hal-hazırda Gürcüstan Rusiyanın embarqo siyasətindən dəyən ziyanı kompensasiya etmək üçün Qərbi Avropa, Yaxın Şərq ölkələri ilə danışıqlar aparır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR